"Dünya üçün mənzil, təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar bu gün də aktuallığını qorumaqdadır. Təhlillərə əsasən, 21-ci əsrin ortalarına qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Eyni zamanda, urbanizasiya bir sıra sosial problemləri daha da kəskinləşdirir".
Oxu.Az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində bildirib.
Prezident bildirib ki, bu gün dünyada təxminən 3 milyard insan adekvat yaşayış yerlərindən məhrumdur:
"Onlardan 1 milyarddan çoxu qeyri-rəsmi yaşayış məntəqələri və gecəqondularda yaşayır. 300 milyondan çox insanın isə ümumiyyətlə sığınacağı yoxdur. İqlim dəyişikliyi, qeyri-sabit vəziyyət və iqtisadi böhranlar yeni qlobal miqrasiya dalğaları yaradır. Bu da əhalinin ölkələr və şəhərlər arasında yenidən bölüşdürülməsinə səbəb olur. Bir sözlə, urbanizasiya qlobal sabitlik və təhlükəsizliyə birbaşa təsir edən kritik amilə çevrilir. Bütün bunlar bizdən qətiyyətli və təxirəsalınmaz tədbirlər görməyi tələb edir".