"Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycan üçün həm böyük şərəf, həm də mühüm məsuliyyətdir".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində deyib.
O xatırladıb ki, Bakıda keçirilən tədbir çərçivəsində ilk dəfə olaraq dövlət və hökumət başçılarının sammiti keçirilir:
"WUF13 şəhərlərin gələcəyi ilə bağlı ortaq baxışın formalaşdırılması üçün unikal imkan yaradır. Bugünkü tədbir həm də liderlər üçün gələcək şəhər vizionun müəyyənləşdirilməsində böyük fürsətdir".