Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
Aprelin 5-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər.
İqtisadi, ticari, investisiya və humanitar sahələrdə layihələrin icrasının sürətləndirilməsinin vacibliyinə toxunulub.
Prezidentlər yüksəksəviyyəli gələcək görüşlər barədə fikir mübadiləsi aparıblar.
Telefon danışığı zamanı regional, o cümlədən Türk Dövlətləri Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət müzakirə olunub.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev "InterFood Azerbaijan" və "Caspian Agro" sərgiləri ilə tanış olub
- İlham Əliyev Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibini qəbul edib
- İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib
- Qazaxıstanda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
- Azərbaycan Prezidenti türkiyəli həmkarını PKK-nın özünü ləğv etməsi münasibətilə təbrik edib