Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Seçki məntəqələrində veb-kameralardan istifadə olunacaq
"Sentyabrın 1-də keçiriləcək parlament seçkisində səsvermə prosesində seçki məntəqələrində veb-kameralardan istifadə müzakirə olunub".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında qurumun sədrinin müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, 2008-ci ildən etibarən - 16 ildir ki, məntəqələrdə veb-kameraların quraşdırılmasına başlanılıb:
"Qarşıdan gələn seçkidə də veb-kameraların istifadəsi üçün son tənzimləmə işləri aparılır. Bu da şəffaflığın təminatı üçün mühüm məqamlardan biridir. 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsinə veb-kameralar quraşdırılıb".
Mərahim Nəsib