Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev Tehrana səfər edəcək.
Oxu.Az xəbər verir ki, bununla bağlı Fərid Şəfiyev özü İran xarici işlər nazirinin müavini Səid Xətibzadə ilə BMTM-də keçirilən görüşdə məlumat verib.
O, İranla Azərbaycanın təmaslarının daimi olacağına inandığını deyib:
"Çünki iki ölkə arasında dərin əlaqələr var. Amma sirr deyil ki, vaxtaşırı problemlər də ortaya çıxır. Bundan çıxış yolu isə yaxşı qonşuluq siyasəti tələb edir.
İran prezidentinin Azərbaycana səfəri uğurlu oldu. İranla Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə keçir. Biz isə düşüncə mərkəzləri səviyyəsində müzakirələr keçirmək üçün bir araya gəlmişik. Həm iki ölkə arasındakı, həm də regiondakı münasibətləri və prosesləri müzakirə edəcəyik".
Mərahim Nəsib