Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"ŞƏT plyus" - İrəvana daha bir xəbərdarlıq
Qazaxıstanın paytaxtında keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısını heç bir şübhə və mübaliğəsiz tarixi adlandırmaq olar.
Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan növbəti videosüjetində bildirlir.
"Təşkilatın hazırda mövcud olan doqquz üzvü arasında yalnız Çin, Hindistan, Pakistan və Rusiyanın adını çəkmək, həmçinin dialoq üzrə tərəfdaşların və müşahidəçi dövlətlərin xəritəsinə baxmaq kifayətdir ki, bu assosiasiyanın dərinliklərində gizlənən tükənməz iqtisadi potensialı anlayaq. Demoqrafik potensialdan danışmağa isə ehtiyac yoxdur" - deyə süjetdə qeyd edilir.
Vurğulanır ki, Azərbaycan 2015-ci ildən ŞƏT-də dialoq üzrə tərəfdaş dövlət statusuna malikdir və bu səbəbdən də Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı keçirilən "ŞƏT plyus" formatında keçirilən görüşdə iştirak edib.
Daha ətraflı videomaterialda:
