"COP29-a görə Bakını təbrik edirəm. Çünki Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə mühüm əzm nümayiş etdirir".
Oxu.Az xəbər verir ki, bunu Sloveniyanın xarici və Avropa işlər naziri Tanya Fayon azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
Xanım nazir vurğulayıb ki, minatəmizləmə sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirməkdə maraqlıdırlar:
"Cənubi Avropadan Cənubi Qafqaza qədər mürəkkəb geosiyasi vəziyyət var. Hər iki ölkə arasında sülhün bərpa olunmasının tərəfdarıyıq. Sülh sazişi mətninin yekunlaşmasını alqışlayıram. Çünki sülhün region üçün - müxtəlif ticarət təşəbbüsləri üçün faydaları olacaq. Mərkəzi Asiya və Avropanın birləşdirilməsi üçün isə kommunikasiyaların açılması mühüm əhəmiyyət kəsb edir. Bizdə ən əlverişli limanlardan biri var ki, Asiya ilə Avropa arasında dəniz yolu ilə ən qısa əlaqəni qurmaq mümkündür".
Mərahim Nəsib