Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Sloveniyanın XİN rəhbəri Şəhidlər xiyabanını və Mehdi Hüseynzadənin abidəsini ziyarət edib
Azərbaycanda səfərdə olan Sloveniya Respublikasının Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri naziri Tanya Fayon aprelin 17-də Şəhidlər xiyabanını və Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsini ziyarət edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Tanya Fayon əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Sonra qonaq İkinci Dünya müharibəsi illərində faşizmə qarşı mübarizədə qəhrəmanlıq göstərmiş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin xatirəsini anaraq, abidəsinin önünə gül dəstəsi qoyub.
"Tanya Fayon" teqi üzrə xəbərlər
- Ceyhun Bayramov: "Ermənistan maneəsiz keçidlə bağlı öhdəlik götürüb və bu, yerinə yetirilməlidir"
- Sloveniya Azərbaycanla minatəmizləmə üzrə əməkdaşlığın davam etdirilməsində maraqlıdır
- Sloveniya Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
- Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul edib
- Ceyhun Bayramov sloveniyalı həmkarını Ermənistanla sülh prosesi barədə məlumatlandırıb