Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Starmer tərəfini BƏLLİ ETDİ: Baş nazir Ağ Evdəki hadisəyə görə Zelenskini dəstəklədi
Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Tramp və ukraynalı həmkarı Volodimir Zelenski arasında baş verən mübahisədən sonra Ukraynaya dəstəyini ifadə edib.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniya baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, baş nazir Tramp və Zelenskinin görüşündən sonra hər iki liderlə telefon danışığı aparıb.
"Onun (Starmer - red.) Ukraynaya sarsılmaz dəstəyi davam edir. O, Ukraynanın suverenliyi və təhlükəsizliyi əsasında davamlı sülhün yolunu tapmaq üçün əlindən gələni edir", - deyə mətbuat xidmətindən qeyd edilib.
Bundan əlavə, Starmer 2 mart tarixini və beynəlxalq liderlərlə, o cümlədən Zelenski ilə görüşü səbirsizliklə gözlədiyini bildirib.
Xatırladaq ki, fevralın 28-də Ağ Evdə Zelenski və Trampın görüşü baş tutub. Ukrayna prezidenti Vaşinqtona nadir metallar üzrə saziş imzalamaq üçün gəlsə də, danışıqlar jurnalistlərin gözü önündə mübahisə ilə başlayıb. Nəticədə Volodimir Zelenski heç bir saziş imzalamadan və mətbuat konfransı keçirmədən Ağ Evi vaxtından əvvəl tərk edib.
"Kir Starmer" teqi üzrə xəbərlər
- Tramp Zelenskini diktator adlandırması barədə: "Bunu mən demişəm?"
- Britaniyadan ABŞ-nin Ukraynanın təbii ehtiyatları ilə bağlı istəyinə REAKSİYA
- Makron və Starmer Trampın "saqqızını oğurlamağı" planlaşdırıblar
- Böyük Britaniya Ukraynaya qoşun göndərməyə hazırdır
- Mask Britaniyanın Baş naziri Kir Starmeri "şər" adlandırdı