Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

TBMM sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib
Martın 4-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edərək, mübarək Ramazan ayının başlaması münasibətilə təbriklərini çatdırıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, TBMM sədri bu mübarək ayın qardaş Azərbaycan xalqına və Müsəlman dünyasına sülh, əmin-amanlıq və xeyir-bərəkət gətirməsini diləyib.
Telefon danışığı zamanı qardaş ölkələrimiz arasında münasibətlər, o cümlədən, parlamentlərimiz arasında əməkdaşlıq məsələləri haqqında da fikir mübadiləsi aparılıb, qanunverici orqanlarımızın həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatlarında yüksək səviyyədə əməkdaşlığından razılıq ifadə olunub.
"Türkiyə Böyük Millət Məclisi (TBMM)" teqi üzrə xəbərlər
- Vecdi Gündoğdu: "Qərbdə müsəlmanlara qarşı nifrət və təhqir aradan qaldırılmalıdır"
- Türkiyə parlamentində Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib
- Türkiyə Xankəndidə Azərbaycanla birgə layihələr həyata keçirəcək
- Fuat Oktay: "Parlamentlərimiz qadınlara verdiyi imtiyazlarla Qərb ölkələrindən çox öndə olublar"
- Komitə sədri: "Türkiyə PKK-nın Suriyada terror dövləti qurmasına icazə verməyəcək"