Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Masazırda iki yaşayış kompleksinin YOL DƏRDİ: "Avtomobillərimiz sıradan çıxır"
Abşeron rayonunun Masazır kəndində, "Yeni Bakı" və "Qurtuluş" yaşayış kompleksləri arasındakı yol tamamilə yarasız hala düşüb.
Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
"Bu qədər insanın istifadə etdiyi yol dərin çalalarla doludur. Qar əriyəndən sonra isə çalalar su ilə dolub. Dərin olduğu üçün həm ictimai nəqliyyat, həm də şəxsi avtomobillərlə hərəkət mümkünsüzdür. Məcburuq, başqa yolumuz yoxdur deyə hərəkət edirik, bu halda da avtomobillərimiz sıradan çıxır", - deyə şikayətdə bildirilir.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Seymur Qasımbəyli Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib:
O qeyd edib ki, sözügedən yolda əvvəl də cari təmir işləri aparılıb:
"Hazırda yolda genişləndirmə işləri aparılır. Ərazidə olan meşə zolağının həm sağ, həm də sol tərəflərində yolun genişləndirilməsi işləri aparılır. Hava şəraiti imkan verən kimi ərazidə cari təmir işləri həyata keçiriləcək", - deyə S.Qasımbəyli vurğulayıb.
Əzizə İsmayılova
"Abşeron Rayon İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
- Abşeronun Şəfəq qəsəbəsində kommunal problem: Binanın zirzəmisini su basıb
- Binəqədi-Balaxanı yolunda kanalizasiya suyunun yola axması sakinlərin narazılığına səbəb oldu
- "Tək bu gün 4-5 nəfər hücuma məruz qalıb" - Xırdalanda sahibsiz itlər problemi hələ də çözülməyib
- Xırdalanda sakinlər pulu ödəmədilər - Antisanitar vəziyyət yarandı
- Masazır sakinləri vahimədə: Həyətlərini QANLI SU basıb