Bakıda daha bir təhsil ocağına hücum edilib.
Oxu.Az xəbər verir ki, hücum nəticəsində vahid geyim qaydasına əməl etmək istəməyən şəxslər məktəbin şüşələrini sındırıblar.
Yayılan kadrlardan aydın olur ki, məktəbin əməkdaşları təxribatın qarşısını almaq üçün girişdə barrikada qurublar. Kadrlarda həmçinin məktəbin şüşəsini sındıran və zorla içəri daxil olmağa çalışan şəxslərin məktəbin əməkdaşları ilə kobud şəkildə danışması, aqressiv hərəkətlər etməsi əksini tapıb.
Bu isə bir daha göstərir ki, vahid geyim qaydası ilə bağlı münaqişə bir sıra qüvvələr tərəfindən dini radikalizm prizmasından təqdim edilir və insanlarda təhsil müəssisələrinə qarşı nifrət təbliğ olunur. Nəticədə isə yetkinlik yaşına çatmayan, müstəqil fikri formalaşmamış azyaşlı şagirdlər öz təhsil ocaqlarına zərər vurmaqdan, hücum etməkdən çəkinmirlər.