Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Türk dünyasına Qarabağla bağlı ÇAĞIRIŞ - FOTO
“Türkiye Qazetesi”nin köşə yazarı Məryəm Aybikə Sinan türk dövlətlərinə çağırış edib.
O, “Twitter” hesabında yazısının mətnini paylaşaraq qeyd edib ki, “Türkiyə Şuşada, Qazaxıstan Füzulidə, Özbəkistan Cəbrayılda, Qırğızıstan Qubadlıda lazımi memarlıq və inşaat işlərini öz üzərinə götürə bilər. Qardaşlıq hüququ bunu tələb edir”.
“Azərbaycan güclü və zəngin dövlətdir. Erməni işğalından qurtardığı şəhərlərini yenidən inşa edə biləcək qüdrətə sahibdir, lakin bu, bütün türk dünyasının da ortaq dərdi və hədəfi olmalıdır”, - deyə yazıçı bildirib.
Aybikə Sinan Türk Şurasının rəhbərliyində kampaniyaya başladılmasını təklif edib.
"Türkiye Şuşa’da, Kazakistan Fuzuli’de, Özbekistan Cebrayil’de, Kırgızistan Gubatlı’da yapılması gereken imar ve inşa çalışmalarını üstlenebilir, çeşitli yardımlarda bulunabilir! Kardeşlik hukuku bunu gerektirir..."
— Meryem Aybike Sinan (@aybikesinan) January 18, 2021
Bugůnků yazımızda! https://t.co/vrW7XJGf3e
Xatırladaq ki, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Şuşada məktəb açmaqla bağlı təklif irəli sürüb.