Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Türkiyə və Azərbaycan Prezidentləri arasında telefon danışığı olub - YENİLƏNİB + FOTO/VİDEO](https://images.oxu.az/2023/09/10/14/55/47/4ac4b23c-efb0-44fd-b73f-37a424f1d067/FotoJet - 2021-11-28T190419.725:1200.jpg)
Türkiyə və Azərbaycan Prezidentləri arasında telefon danışığı olub - YENİLƏNİB + FOTO/VİDEO
Sentyabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə AZƏRTAC məlumat yayıb.
Telefon danışığı əsnasında dövlət başçıları regional məsələləri, həmçinin Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyəti müzakirə ediblər.
Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
![](https://img.youtube.com/vi/RhcLg3Z9UzU/sddefault.jpg)
14:56
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.
Məlumata görə, Prezident Ərdoğan 18-ci G20 Liderlər Zirvəsi üçün Hindistanın paytaxtı Yeni Delhidə olarkən baş tutan danışıqlarda iki dövlət başçısı arasında regional məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Söhbət zamanı Azərbaycan-Ermənistan münasibətləri və Qarabağda baş verən son hadisələr də müzakirə olunub.
Cumhurbaşkanımız @RTErdogan, Azerbaycan Cumhurbaşkanı İlham Aliyev ile bir telefon görüşmesi gerçekleştirdi.
— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) September 10, 2023
Cumhurbaşkanımız Erdoğan’ın 18’inci G20 Liderler Zirvesi dolayısıyla Hindistan’ın başkenti Yeni Delhi’de bulunduğu sırada gerçekleşen görüşmede iki lider, bölgesel…
"Hindistan" teqi üzrə xəbərlər
- Ed Şiran üçün şok: Hindistan polisindən onun küçə konsertinə kobud müdaxilə
- Əllərində qandal, ayaqlarında zəncir: ABŞ-dən deportasiya olunanlarla təyyarədə qorxunc rəftar
- Hindistanın qırıcısı qəzaya uğradı
- Səfir Ermənistan və Hindistanı birləşdirən amildən DANIŞDI
- İranda Hindistan vətəndaşlarının hansı səbəbdən itkin düşdükləri məlum oldu