Bakıda səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə ilə görüşüb.
Oxu.Az-ın məlumatına görə, Binəli Yıldırım və şeyxülislam “Göy Məscid”də cümə namazı qılıblar.
Caamatla cümə namazı qılındıqdan sonra Binəli Yıldırım məsciddə çıxış edib.
Baş nazir bildirib ki, iki qardaş ölkə həmişə bir-birinə dəstək olub. Bundan sonra Türkiyə Azərbaycana dəstək olacaq.
