Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tusk: "Rusiyanın dondurulmuş aktivlərindən istifadə ilə bağlı yekdil fikir yoxdur"
"Londonda Ukrayna üzrə Avropa Zirvə Toplantısında iştirak etmiş ölkələr Kiyevin maliyyələşdirilməsi üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə məsələsi ilə bağlı yekdil fikrə gələ bilməyiblər".
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Polşanın Baş naziri Donald Tusk deyib.
Onun sözlərinə görə, bəziləri avro, bank sistemi üçün hansısa nəticələrin olacağından çox ehtiyat edirlər: "Fikrimcə, Rusiyanın dondurulmuş aktivlərindən istifadə ediləcəyi ehtimalı yüksək deyil".
Qeyd edək ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Ukraynada münaqişə başlayandan sonra Rusiyanın təqribən 300 milyard dollarlıq aktivlərini dondurub.
"Donald Tusk" teqi üzrə xəbərlər
- "Google" bir milyon polyaka süni intellekt ilə işləməyi öyrədəcək
- Polşanın baş naziri dövlət çevrilişi təşkil etməkdə şübhəli bilinir
- Polşanın baş naziri: "Qarşıdakı həftələr Ukrayna üçün həlledici olacaq"
- Tusk Ukraynada atəşkəs planının hazırlandığını açıqladı
- Tusk: "ABŞ-nin Avropa üzərində hökmranlığı başa çatdı"