Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Üç il öncə: İşğaldan azad edilən ərazilər - SİYAHI + VİDEO
Oktyabrın 3-ü 44 günlük Vətən müharibəsində Azərbaycanın bir neçə ərazisini işğaldan azad etməsinin üçüncü ildönümüdür.
Oxu.Az xatırladır ki, 2020-ci ilin oktyabr ayının 3-də Tərtərin işğal altında olan Suqovuşan kəndi işğaldan azad edilib.
Bildirək ki, həmin zamana qədər Suqovuşan Madagiz adlanırdı.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ərazinin işğaldan azad edildiyini elan edəndə bildirdi ki, oktyabrın 3-dən etibarən Madagizin tarixi adını bərpa edir və o, Suqovuşan adlandırılır.
Azərbaycan Ordusu oktyabrın 3-də Tərtərin digər işğal altında olan kəndini - Talışı da azad edib.
Prezident həmin gün Cəbrayıl və Füzuli istiqamətlərində düşmən tapdağından azad edilmiş ərazilərin də adlarını açıqlayıb.
Belə ki, oktyabrın 3-də Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi işğaldan azad edilib.
"Azərbaycan Ordusu" teqi üzrə xəbərlər
- Nazirdən ŞAD XƏBƏR: Bakı və Sumqayıtda 500-dən çox hərbçi mənzillərlə təmin olunacaq
- Tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
- Prezident Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqləyib
- Türkiyənin Quru Qoşunları komandanı ölkəmizdə rəsmi səfərdədir
- Yücel Karauz: "Bir ölkəyə dəstəyini göstərmək üçün orada hərbi baza qurmaq dövrü geridə qalıb"