Ukraynanın Sumı vilayətindən 12 uşaqdan ibarət yeni qrup reabilitasiya proqramı çərçivəsində Azərbaycana gətirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev "X" sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, bu il 215 nəfər olmaqla, indiyədək ümumilikdə 459 ukraynalı uşaq Azərbaycanda dinclik və qayğı tapıb.
"Dəstəyə görə Azərbaycana minnətdaram", - səfir yazıb.
New group of 12 children from Ukraine’s Sumy region arrived in Azerbaijan for recovery — thanks to 🇺🇦 FM @andrii_sybiha initiative.
— Yuriy Husyev (@Husyev) October 29, 2025
459 Ukrainian kids, including 215 this year, have already found peace and care in Azerbaijan. Grateful to 🇦🇿 Azerbaijan for its support. 💙💛 pic.twitter.com/3JJD3r7UXN