Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Üsyançı" Orban və Brüsselin isteriyası
"Caliber" "YouTube" kanalında yayımlanan növbəti siyasi təhlil Macarıstan diplomatiyasının dünyanın siyasi səhnəsində nümayiş etdirdiyi siyasi aktivliyinə həsr edilib.
Müəllif qeyd edib ki, Moskvada Rusiya Prezidenti Vladimir Putinlə, davamında Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə qatılan Macarıstan Baş naziri Viktor Orbanın ardınca Çinə səfər edərək Si Cinpinlə görüşməsi Brüsseldə etiraz və narazılıqla qarşılanıb.
Belə ki, Avropa liderləri Viktor Orbanın "sülh missiyası"na cavab olaraq əks tədbirlər həyata keçirməyə başlayıblar və Almaniyanın xarici işlər naziri Annalena Berbokun iyulun 8-də bu ölkəyə nəzərdə tutulan səfərinin ləğvi Macarıstan diplomatiyasının aktivliyinə qarşı atılan addımdır.
Daha ətraflı videosüjetdə: