Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla danışıqlardan sonra Moskva və Bakının Rusiya-Azərbaycan-İran enerji körpüsü layihəsini həyata keçirmək niyyətində olduğunu açıqlayıb. Və bu, ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarına baxmayaraq baş verəcək. Rusiya, Azərbaycan və İranın enerji sistemlərini birləşdirmək fikri uzun illərdir müzakirə olunur və bu məsələ ilə bağlı üçtərəfli işçi qrupu 2018-ci ilin aprelində yaradılıb.
Bir neçə gün əvvəl BMT Təhlükəsizlik Şurasının ABŞ-ın İrana qarşı sanksiyalarını bərpa etməkdən imtinası maraq doğurur. Vaşinqtonun sorğusu ABŞ-dan başqa, yalnız Dominikan Respublikası tərəfindən dəstəkləndi, BMT Təhlükəsizlik Şurasının qalan ölkələri qarşı çıxdı və ya bitərəf qaldı.
“İzbor klubu”nun üzvü, Geosiyasi Ekspertiza Mərkəzinin direktoru Valeri Korovin Rusiya, Azərbaycan və İran arasında dərinləşən əməkdaşlığı Media.Az-a şərh edib.
- Müəyyən bir xəttin meydana çıxdığını deyə bilərikmi?
- Əməkdaşlıq fərqli olur. Lakin bu heç də geosiyasi məntiqi dəyişmir. İndi bəhs etdiyimiz Rusiya, Azərbaycan və İran arasında enerji körpüsü kimi layihələrdən danışarkən bunun həqiqətən bir geosiyasi layihə olduğunu anlamalıyıq. Burada vurğu tamamilə aydın şəkildə qoyulub.
Moskva Qərbi və ABŞ-ı qıcıqlandırır. İranla əməkdaşlıq geosiyasətdə müəyyənləşdirildiyi kimi “isti dənizlərə” qayıtmaq mənasını ifadə edir. Potensial olaraq, bu ABŞ Beşinci Donanmasını (onun məsuliyyət sahəsinə Hind okeanının qərbi və Fars körfəzi daxildir - red.) sıxışdıra biləcək təyyarə daşıyıcı donanmasının yaradılmasıdır.
Qeyd etmək lazımdır ki, Qərb onun iştirakı olmadan hər hansı bir geosiyasi blokun yaradılmasına çox həssas yanaşır. Buna görə də ölkələrimiz iqtisadi ritorikaya diqqət yetirirlər. Ancaq biz, politoloqlar, jurnalistlər, bir xətt qurmaq barədə danışa bilərik, bu baxımdan biz “məsuliyyətsiz” insanlarıq, axı qərar vermirik (gülümsəyir - red.).
Bakı Rusiya-Azərbaycan-İran enerji körpüsü layihəsində iştirak edir, bu, Avrasiya geosiyasi xəttinə qatılmaq, sivilizasiya seçimi, ölkənizin Qərbin zərərli, dağıdıcı və məhv edici olduğunu bildiyinin göstəricisidir. Qərbdə istənilən “tərəfdaş” qurban sayılır.
Suverenliyin inkişafı, Bakının özünə məxsusluğun qorunması ilə bağlı səyi Qərblə əməkdaşlıqda sadəcə mümkün deyil. Azərbaycanın Moskva-Bakı-Tehran xəttinə daxil edilməsi ciddi və doğru seçimdir.
- Enerji körpüsü barədə bəyanat ABŞ-ın İrana qarşı birtərəfli qaydada tətbiq etdiyi sanksiyalar fonunda verilib. İkincisi məqam ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı təşəbbüsünün uğursuzluğudur, Vaşinqton Avropalı müttəfiqləri tərəfindən belə dəstəklənmədi. Dünyada nəsə dəyişir?
- Bəli, dünya birqütblü modeldən çoxqütblü modelə çevrilir. İndi heç bir sivilizasiya öz iradəsini diktə etmir, konsensus əsasında bəşəriyyətin taleyini təyin edən bir neçə sivilizasiya var. Bu, çoxqütblü dünyanın subyektinin konkret bir dövlət tərəfindən deyil, sivilizasiya tərəfindən müəyyən olunmağının real alternatividir. Söhbət sivilizasiya bloklarının formalaşmasından gedir. Seçim edilməli, qətiyyətli olmaq lazımdır. Qərb öz mövqeyində qalmaqla hər hansı bir fikirlə razılaşmır .
Çoxqütblü dünya nəzəriyyəsi baxımından Azərbaycan tarixən və mədəni olaraq açıq şəkildə Avrasiya sivilizasiyasına aiddir. ABŞ ilk növbədə, özündən başqa kimsəni eşitmək istəməməsi səbəbindən mövqeyini obyektiv şəkildə itirdi. Bu da birqütblü dünyanın dağılmasına gətirib çıxardı.
- Türkiyə ilə bağlı nə deyə bilərsiniz? Bu, Azərbaycan üçün qardaş dövlətdir...
- Əlbəttə, Türkiyə Avrasiya sivilizasiya bloku çərçivəsində daha ahəngdar şəkildə inkişaf edə bilər. Məncə, Türkiyənin NATO-ya üzvlüyü qeyri-təbiidir. Bunu obyektiv hadisələr sübut etdi. Təkcə Qərbin 2016-cı ildə Rəcəb Tayyib Ərdoğanı devirmək cəhdi nəyə istəyirsiz dəyir. Hansı ittifaqdan danışa bilərik? Türkiyə Qərb üçün sadəcə bir ərazidir. Orada türk mədəniyyəti, kimliyi haqqında düşünmürlər.
- Ancaq eyni zamanda, Türkiyənin hər zaman İranla bərabər münasibət qurmur, baxmayaraq ki, son vaxtlar təmas nöqtələri var və hər şey nisbətən normallaşıb.
- Bəli, Türkiyənin İranın xoşuna gəlməyəcək ambisiyaları var, amma bunlar artıq Avrasiya sivilizasiyası daxilində müzakirə olunan məsələlərdir. Ankara yavaş-yavaş da olsa Qərbdən Avrasiya geosiyasətinə tərəf dönür. Türkiyə üçün geri dönüş nöqtəsi onun NATO-dan çıxması olacaq.
- Yeri gəlmişkən, Aralıq dənizində Yunanıstan və Türkiyə arasında gərginlik artır və bu fonda Yunan və ABŞ-ın Egey dənizində hərbi təlimləri keçirildi. Belə çıxır ki, NATO Türkiyəni Şimali Atlantika Alyansından çıxarır, Afinanı dəstəkləyir, Ankaranı yox?
- Düşünürəm ki, burada söhbət çox güman ki, Qərbin Türkiyəyə qarşı təkəbbürlü münasibətdən gedir.