Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin edilib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.
Sənədə əsasən, Vaqif Rəsulov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri təyin olunub.
Qeyd edək ki, V.Rəsulov bundan əvvəl Babək rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
S.B.
www.oxu.az