Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Seyfəli kəndində qeydə alınıb.
1992-ci il təvəllüdlü Suliddin Məmmədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən kənd sakini, 2006-cı il təvəllüdlü Taleh Şərifovu vurub.
Hadisə nəticəsində ağır xəsarət alan 11 yaşlı uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
S.B.
www.oxu.az