Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başa çatıb.
Bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşı məlumat verib.
Heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbi nümayəndələr daxildir.
Səfər zamanı onlar Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu, Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olublar.
Eyni zamanda, qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat verilib.
15:01
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələr Ağdamda yaşayış kompleksində aparılan işlərlə tanış olublar.
Bu barədə “Report”un Ağdama ezam olunmuş müxbiri məlumat verib.
Bildirilib ki, torpaqlar işğaldan azad olunduqdan sonra bərpa işlərinə başlanıb. Ötən il təsdiq olunmuş “Böyük Qayıdış” dövlət proqramına görə 2026-cı ilə qədər 66 min Qarabağ sakininin öz yurdlarına qaytarılması planlaşdırılır. 2026-cı ilin sonuna kimi Ağdamda 12 kənd, beş yaşayış yeri inşa olunacaq. Eyni zamanda, Ağdam Muğam Mərkəzi inşa olunacaq və tutumu 637 nəfər olacaq. Həmçinin 22,5 hektar ərazidə İşğal və Zəfər muzeyləri salınacaq.
Qeyd olunub ki, hazırda 960 şagirdlik Ağdam şəhər 1 saylı tam orta məktəbində də işlər həyata keçirilir. Bundan başqa, artıq Ağdam-Füzuli yolunun inşasına başlanılıb.
13:14
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri və hərbi nümayəndələr Ağdama səfər çərçivəsində Ağdam Konfrans Mərkəzində olublar.
Bu barədə “Report”un Ağdama ezam olunmuş müxbiri məlumat verib.
Burada Konfrans Mərkəzinin inşa tarixi və tutumu barədə məlumat verilib.
11:54
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başlayıb.
“Report”un Ağdama ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, heyətə 45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbi nümayəndələr daxildir.
Səfərin əsas məqsədi başda Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olmaqdır.
Eyni zamanda qonaqlara 30 ilə yaxın davam etmiş işğal dövründə Ağdamda törədilən dağıntılar haqqında məlumat veriləcək. Qonaqların hazırda şəhərdə davam edən genişmiqyaslı quruculuq işləri ilə də yaxından tanış olması nəzərdə tutulur.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri və hərbi nümayəndələrin Ağdama səfəri başa çatıb.Bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşı məlu...
Daha çox foto burada: PhotoStock.az