Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Xronika: "Azərbaycan indiyə qədər Ermənistandan istədiyini alıb və bundan sonra da alacaq"
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
"Ermənistan geri çəkilmək istəməsə də, sonda Bakının tələblərini qəbul etdi" adlı süjetdə Azərbaycan və Ermənistanın sülh sazişi mətnini razılaşdırması regionun əsas hadisəsi adlandırılıb.
Bildirilib ki, Avropa İttifaqının müşahidə missiyasını sərhədə yerləşdirən Ermənistan geri çəkilmək istəməsə də, sonda Bakının tələbləri İrəvanda qəbul olundu: "İndi əsas məsələ hadisələrin bundan sonrakı inkişafıdır. Ermənistan hakimiyyəti sülh sazişi mətninin indi imzalanmasına çalışır. Rəsmi İrəvanın hədəfi sülh sazişi mətnini imzalamaq və bu məsələləri gündəmdən çıxarmaqdır. Bununla bağlı Ermənistanda müxtəlif fikirlər irəli sürülüb".
Deputatlar Qarnik Danielyan, İşxan Saqatelyan, politoloq Arman Abovyan, ekspert Karen İgityanın sözlərinə görə, sülh sazişi mətni razılaşdırılsa da, Azərbaycan Ermənistan Konstitusiyanın dəyişdirilməsini əsas şərt kimi irəli sürür: "Azərbaycanın Minsk qrupunun buraxılması, Ermənistan Konstitusiyanın dəyişdirilməsi, Zəngəzur dəhlizinin açılması, azərbaycanlıların Ermənistanda (Qərbi Azərbaycanda) məskunlaşdırılması və anklavların qaytarılması tələbləri var. Bu tələblər yerinə yetiriləcək. Ermənistan parçalanacaq və Qərbi Azərbaycan qurulacaq. Bunu Paşinyan hakimiyyəti edəcək. Hakimiyyət Ermənistanı dağılmağa doğru apardığını gizlətmir. İndi onlar Ermənistanı sökürlər və Qərbi Azərbaycanı qururlar. Proses Ermənistanda Qərbi Azərbaycan qurulana qədər davam edəcək".
Qeyd olunub ki, baş nazir Nikol Paşinyan yaxın vaxtlarda Minsk qrupunun buraxılması təşəbbüsü ilə çıxış edəcək və bu, rəsmi Bakının daha bir tələbinin İrəvan tərəfindən qəbul edilməsi demək olacaq.
Sonda vurğulanıb ki, Ermənistan mövcud sülh gündəliyini pozmaq və sülh sazişi mətnindən kənar məsələləri arxa plana keçirmək üçün genişmiqyaslı eskalasiyaya da əl ata bilər: "Ermənistan ordusunun sərhədboyu ərazilərdə istehkamlar qazması, qoşunların cəmlənməsi də bu kontekstdə diqqət çəkir. Lakin nəticə dəyişməyəcək: rəsmi İrəvan rəsmi Bakının azərbaycanlıların Qərbi Azərbaycana qayıdışının da daxil olduğu tələblər paketini qəbul etməlidir".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:

"Nikol Paşinyan" teqi üzrə xəbərlər
- Ermənistan daxilində Paşinyana qarşı təzyiqlər artıb - Xəbərlərin 20:00 buraxılışı
- Ermənistanda Avropa-Rusiya atışması və Aİ üçün "saman çöpü"
- Avropa İttifaqının Ermənistana üzvlük vədinin arxasında nə dayanır?
- Paşinyan Ermənistanın keçmiş prezidentlərini hədələdi
- Paşinyan: "Qarabağ hərəkatı" davam etməməlidir"