"Azərbaycan Afrika dövlətləri ilə qarşılıqlı əlaqələrinə yüksək dəyər verir".
Oxu.Az-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev sosial şəbəkədə Afrika Günü münasibətilə etdiyi paylaşımda bildirib.
"Afrika qitəsi insanlıq sivilizasiyasına qiymətli töhfələr vermiş, müxtəlif mədəniyyətlərin harmoniya təşkil etdiyi və zəngin tarixi irsə sahib olan bir regiondur.
Builki Afrika Günü münasibətilə Afrika xalqlarına sülh və rifah dolu sabit gələcək diləyirik.
Azərbaycan Afrika ölkələri ilə qurduğu dostluq və tərəfdaşlıq əlaqələrinə böyük əhəmiyyət verir", - deyə XİN rəsmisi vurğulayıb.
Africa is a cradle of humankind, a continent united in diversity and rich in heritage, that has enormously contributed to human civilization.
— Yalchin Rafiyev (@YalchinRafiyev) May 25, 2025
At this year’s #AfricaDay we wish sustainable and resilient future for the people of Africa resting on peace and development.… https://t.co/gWImmXDqAg pic.twitter.com/xs4Utfn3pm