"Qərbi azərbaycanlıların beynəlxalq statusuna yenidən baxılmalıdır".
Oxu.Az xəbər verir ki, bu fikirləri Vyana Universitetinin hüquq sahəsi üzrə dosent doktoru Yeganə Məsimova Qərbi Azərbaycan İcmasının (QAİ) təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Beynəlxalq sülh və əməkdaşlıq şəraitində qayıdış hüququ" adlı beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
O vurğulayıb ki, geridönüş hüququ BTM bir çox konvensiyalarında əksini tapıb:
"Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd olunub ki, hər bir insan öz ölkəsini istədiyi vaxt tərk edə və ya geri qayıda bilər. Buradan da görünür ki, geriqayıdış məsələsi beynəlxalq hüquqda da əksini tapıb. Qərbi azərbaycanlılar da öz doğulduğu yerə mənəvi, hüquqi bağlı olan şəxslərdir. Qayıdış mexanizmin həyata keçirilməsi bölgədə qalıcı sülhün davamlı olmasına kömək edəcək. Bunu da sülh yolu ilə həyata keçirmək Cənubi Qafqaz regionu üçün faydalı olacaq. Qərbi azərbaycanlıların beynəlxalq statusuna baxılmalıdır. Beynəlxalq mexanizmlərin tətbiqi ilə onların ata-baba yurdlarına qayıdışı mümkündür. Bunu isə işləyib hazırlamaq lazımdır".
Aqil Vəlili