Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Zaxarova: "Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ən mühüm şərtdir"
"Rusiya lideri təsdiq etdi ki, Bakı və İrəvan arasında sülh sazişinin imzalanmasına köməklik etməyə çox şad olardı".
Oxu.Az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı News.ru-nun "Vladimir Putin Bakıya səfərindən sonra Moskva Ermənistan-Azərbaycan nizamlanmasında öz vasitəçilik səylərini aktivləşdirməyi düşünürmü?" sualını cavablandırarkən deyib.
"Zənnimcə, aydındır ki, sülh sazişinin imzalanması Azərbaycan və Ermənistan arasında, eləcə də Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında ən mühüm şərtdir. Ölkəmiz bunun tez bir zamanda baş verməsində maraqlı olduğunu ardıcıl olaraq bəyan edib. Moskva bunun üçün praktiki baxımdan hər şeyi edib", - deyə Zaxarova bildirib.
O qeyd edib ki, Azərbaycan və Ermənistan tərəfdaşlarına yardımı davam etdirmək niyyətini Rusiya Prezidenti Vladimir Putin Bakıya səfəri zamanı şəxsən təsdiqləyib.
Diplomat, həmçinin Putinin Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə dialoqun davam etdirilməsi üçün Ermənistanın baş naziri Nikol Paşinyanla əlaqə saxlamaq niyyəti barədə dediklərini də xatırladıb. O, Qazaxıstanın bu sahədə səylərini də yüksək qiymətləndirib.
"Mariya Zaxarova" teqi üzrə xəbərlər
- Rusiya XİN Aİ-nin Ermənistandakı missiyasına dair: "Niyə qərarlar rəsmi Bakıdan gizlin verilir?"
- Zaxarova qəzaya uğrayan Azərbaycan təyyarəsi barədə Baku TV-nin sualına cavab verib
- Estoniya XİN rəsmisinin Rusiyaya girişi qadağan edildi
- Ermənistanın Aİ üzvlüyünün qeyri-müəyyən perspektivləri
- Zaxarova: "Suriyanın dağılması bütün dünya ictimaiyyəti üçün ciddi nəticələrə səbəb olacaq"