Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ziyafət Əsgərov: "Türkiyə və Azərbaycana qarşı hibrid təhlükələrə əhəmiyyətsiz yanaşmaq olmaz"
"Parlament diplomatiyasının əsas məqsədlərindən biri də hibrid təhlükəsizliyin təmin edilməsidir. Ona görə də bu problemi ciddiyə almaq lazımdır".
Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin sədrinin müavini Ziyafət Əsgərov "İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi" mövzusunda beynəlxalq dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycanın dostluğunu qısqananlar var deyə iki ölkəyə qarşı hibrid təhlükələr var və buna əhəmiyyətsiz yanaşmaq olmaz:
"Biz Milli Məclisdə xüsusi komissiya yaratdıq ki, bununla məşğul olsun. Ona görə də parlament diplomatiyası hər iki dövlətin təhlükəsizliyini nəzərə almalı, təkcə Azərbaycanın deyil, Türkiyənin də maraqlarına uyğun qanunlar, qərarlar qəbul edilməlidir".
Mərahim Nəsib