Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda ulu öndərin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib, qaliblər açıqlanıb
"Yüksəliş" kvizi - qış mövsümü: Ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, müsabiqədə 43 komanda tərkibində ümumilikdə 252 iştirakçı mübarizə aparıb, sonda qaliblərin adları açıqlanıb.
"Yüksəliş" müsabiqəsi çərçivəsində keçirilən yarış müsabiqənin qalibləri, finalçıları və yarımfinalçıları arasında baş tutub.
Gərgin və maraqlı mübarizə nəticəsində birinci yerə "White Walkers" komandası layiq görülüb. İkinci yerin qalibi "NeveRest", üçüncü yerin sahibi isə "Se7en" komandaları olub.
Tədbirin açılış mərasimində ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onunla bağlı qısa videoçarx nümayiş olunub.
Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi artıq dördüncü dəfədir, qaliblər, finalçılar və yarımfinalçılar arasında intellektual yarış keçirir. Bu ilin payız mövsümündə baş tutan "Azərbaycanın Yüksəlişi" intellektual kvizi Dövlət Müstəqilliyinin Bərpası Gününə, bahar mövsümündə keçirilən kviz "Yaşıl dünya naminə həmrəylik ili"nə, ötən il baş tutan yarış isə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilib.
"Yüksəliş" müsabiqəsi Prezident İlham Əliyevin 26 iyul 2019-cu il tarixli sərəncamı ilə təsis edilib. Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar. Dördüncü "Yüksəliş" müsabiqəsinin keçirilməsi barədə Prezident İlham Əliyev 25 dekabr 2023-cü il tarixində müvafiq sərəncam imzalayıb.
"Yüksəliş müsabiqəsi" teqi üzrə xəbərlər
- Gələn il növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi üçün bir milyon manat ayrılıb
- Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qaliblərini qəbul edib
- Hikmət Hacıyev dördüncü "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüş keçirib
- "Yüksəliş" müsabiqəsinin qalibinə İqtisadiyyat Nazirliyində vəzifə verildi
- "ADY Ekspres"də yeni təyinat olub