Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Siqaret çəkənlərə PİS XƏBƏR
""Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" və "Turizm haqqında" qanun layihələri parlamentin payız sessiyasının plenar iclasının gündəliyinə salınacaq".
Oxu.Az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli komitənin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi, demək olar ki, hazırdır.
H.Rəcəbli qeyd edib ki, "Turizm haqqında" qanun layihəsinin ikinci oxunuş üçün plenar iclasa çıxarılması üçün hazırda ciddi işlər görülür: "Layihə hökumətə göndərilib və oktyabr ayı üçün plenar iclasın gündəliyinə salınacaq".
"Milli Məclis" teqi üzrə xəbərlər
- Sabah Bakıda bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
- Yeni dövlət rüsumları müəyyənləşir
- "E-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq
- Parlamentin bugünkü plenar iclasında bir sıra qanunlara dəyişiklik edilməsi müzakirəyə çıxarılıb
- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri təyin ediliblər
Rəylər