Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Nazir xanımları lazımsız plastik əməliyyatlardan uzaq tutmaq üçün çağırış etdi
"İnsanlara süni və yanlış gözəllik standartları təlqin edilir".
Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, gözəllik standartları insanlara uşaq yaşlarından oyuncaqlar vasitəsilə təqdim olunur:
"Daha sonra insan yeniyetməlik yaşına çatanda heç bir qüsuru olmasa belə, xarici görünüşünü bəyənmir".
Nazir sağlam, qüsursuz insanları lazımsız, ziyanlı prosedurlardan uzaq durmağa çağırıb:
"Tələb təklif doğurur. Tələb elə formalaşmalıdır ki, insanlar hansısa bədbəxt hadisə nəticəsində yaranmış qüsura görə plastik əməliyyat etdirsinlər. Ona görə də jurnalistlərə müraciət edirəm ki, maarifləndirmə işlərində birlikdə çalışaq".
Daha ətraflı Baku TV-nin süjetində:
"Teymur Musayev" teqi üzrə xəbərlər
- Teymur Musayev: "Saxta diplomlarla bağlı Baş Prokurorluğa müraciət etmişik"
- Leyla Əliyeva Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarında olub
- Azərbaycanda "Xüsusi nəzarətdə olan dərman vasitələrinin Siyahısı" dəyişib
- Nazir direktoru işdən çıxardı - YENİ TƏYİNAT
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
Rəylər