Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

UEFA Konfrans Liqası: "Çelsi" səfərdə "Astana"nı məğlub etdi
UEFA Konfrans Liqasının Liqa mərhələsinin V turunda "Astana" klubu "Çelsi"ni qəbul edib.
Oxu.Az xəbər verir ki, gərgin keçən qarşılaşmanın sonunda sevinən tərəf "Çelsi" olub - 1:3.

UEFA Konfrans Liqasının Liqa mərhələsinin V turunda "Astana" klubu doğma meydanda "Çelsi"ni qəbul edir.
Oxu.Az xəbər verir ki, Almatı şəhərində yerləşən "Almatı Central" stadionunda keçirilən görüşü almaniyalı hakimlər briqadası idarə edir.
Bu gün UEFA Konfrans Liqasının Liqa mərhələsinin V turunda "Astana" klubu "Çelsi"ni qəbul edəcək.
Oxu.Az xəbər verir ki, Almatı şəhərində yerləşən "Almatı Central" stadionunda keçiriləcək görüşü almaniyalı hakimlər briqadası idarə edəcək.
"Çelsi" bu görüşə itkilərlə çıxacaq. Mixael Mudrik, Kol Palmer, Juan Feliks, Uesli Fofana, Ceyms Ris zədə, Çezare Kazadei isə cəzalı olduğu üçün komandasına kömək edə bilməyəcək.
Meydan sahibərindən isə zədəli və cəzalı oyunçu yoxdur.
Qeyd edək ki, rəqiblər tarixdə ilk dəfə üz-üzə gələcəklər.
Yayım Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
"Astana" - "Çelsi" matçının canlı yayımını Oxu.Az saytında izləyə bilərsiniz.
"UEFA Konfrans Liqası" teqi üzrə xəbərlər
- Kadi Borges: "Ferentsvaroş"da hər şey mənim üçün yaxşı idi"
- UEFA Konfrans Liqası: Mərkəzi oyun "zadəganlar"ın minimalhesablı qələbəsi ilə bitdi
- UEFA Konfrans Liqası: Dörddəbir finala vəsiqə əldə edən komandalar bəlli olacaq
- UEFA Azərbaycan klublarının maliyyə hesabatı haqqında hesabat hazırlayıb
- UEFA Konfrans Liqası: 1/8 final mərhələsinin daha 4 görüşü keçirildi