20 
Noy
2018
12:50
19
99
2001
Virtual karabakh

ÜST Azərbaycanda uşaqların həyat şəraitini qiymətləndirib

20 Noy, 2018
12:50
2001

ÜST Azərbaycanda uşaqların həyat şəraitini qiymətləndirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Avropada 190 milyon nəfər uşaq və 18 yaşa qədər insan yaşayır. Onlardan 44 milyon nəfəri fiziki zorakılığa, 18 milyon nəfəri seksual zorakılığa məruz qalıb, 55 milyon nəfəri isə psixoloji travma alıb. Bu hadisələrin 90 faizi heç kim tərəfindən nəzərə alınmır və gizli qalır.

Oxu.Az “BMT xəbərləri”nə istinadən məlumat verir ki, bu mənada ən yaxşı vəziyyət Azərbaycan, Gürcüstan və Ermənistanda qeydə alınıb.

Avropa regionunda uşaq və yeniyetmələrin intihar hallarının sayına görə ilk yerdə Rusiya dayanır. Siyahıda növbəti pillələrdə Latviya, Belçika, Finlandiya, Moldova, Ukrayna və Qazaxıstan qərarlaşıb.

Uşaq intiharlarının əsas səbəbi əksər hallarda onlara qarşı qəddar davranışdır. ÜST tibb işçilərinə belə halları aşkarlayıb lazımi tədbir görülməsini, valideynlərin uşaq tərbiyəsi yönündə maarifləndirilməsini, uşaqlara isə özünümüdafiə yollarının öyrədilməsini çıxış yolu kimi tövsiyə edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri