Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Abşeronda mənşəyi məlum olmayan 1,6 ton ət məhv edilib - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Təhlükəli Tullantılar” poliqonunda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən mənşəyi məlum olmayan, insan orqanizmi üçün yararsız 1,6 ton ət məhv edilib.
AQTA-dan Oxu.Az-a verilən məlumata görə, bir müddət öncə Agentliyin mütəxəssisləri tərəfindən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Rzaxanov Rasim Ehtiqat oğluna məxsus qanunsuz heyvan kəsimi və emalı müəssisəsində, eyni zamanda, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Tac ət” MMC-də monitorinq keçirilib.
Monitorinq zamanı kəskin qoxulu, mənşəyi məlum olmayan heyvan cəmdəklərindən nümunələr götürülüb və Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində həmin ətin insan orqanizmi üçün zərərli və istehlaka yararsız olduğu aşkarlanıb. Hazırda bununla bağlı hüquq-mühafizə orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilib.
İlhamə Əbülfət
www.oxu.az
Oxu.Az yeniləndi!
"Abşeron rayonu" teqi üzrə xəbərlər
- Masazırda avtomobil 33 yaşlı kişini xəstəxanalıq etdi
- Xırdalanda yarmarkadan 15 min manatlıq geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Abşeronda qadın sürücü piyadanı vuraraq öldürüb
- Abşeronda zavodda baş verən faciə ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI
- Abşeronda gölün səviyyəsi artıb: Həyətləri SU BASIB
Rəylər