Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Asan xidmət əməkdaşları ağac əkdilər
Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi ilə Ekologiya və Təbii
Sərvətlər Nazirliyi tərəfindən başladılan payız ağacəkmə kampaniyasına “Asan" xidmətin kollektivi də qoşulub.
Oxu.Az xəbər verir ki, bu haqqda nazirliyin mətbuat xidmətindən məlumat verilib.
15 dekabr 2018-ci il tarixində keçirilən aksiya zamanı ETSN-nin və “Asan” xidmətin kollektivi keçmiş Yod-Brom zavodunun nazirlik tərəfindən təmizlənmiş 6 hektar ərazisində 5000-ə yaxın müxtəlif cinsli ağac əkib.
Qeyd edək ki, ağac tingləri Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azəryaşlandşaft ASC-nin və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.
Nazirlik payız ağacəkmə kampaniyasını dəstəkləyən və qoşulan bütün tərəflərə təşəkkür edir.
Oxu.Az yeniləndi!
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN)" teqi üzrə xəbərlər
- Bayram tətili günlərində gözlənilən hava proqnozu
- Xəzər dənizinin Xaçmaz rayonu sahilində suiti cəsədləri aşkar olunub
- "Tullantıları İdarəetmə Mərkəzi"nin direktoru dəyişdi
- Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub
- Akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndiriləcək
Rəylər