17 
Dek
2018
11:39
58
155
2518
Virtual karabakh

Mübariz Qurbanlı: Sosial mediada əxlaqa zidd məlumatlar yayılır

17 Dek, 2018
11:39
2518

Mübariz Qurbanlı: Sosial mediada əxlaqa zidd məlumatlar yayılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 909 dini icma qeydiyyata alınıb ki, onlardan 32-si qeyri-islami dini icmalarıdır.

Oxu.Az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Dini qurumlar və sosial media” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə maarifləndirici işlər görülür:

“Bu gün sosial media elə bir səviyyəyə çatıb ki, televiziyalar, qəzetlər onlarla müqayisə edilə bilməz. Cəmiyyətdə insanlar hər hansı bir fikri sosial mediada yazmaqla dezinformasiyalar, əxlaqa zidd materiallar yaya bilirlər.

Məhz buna görə bu gün bir sıra Avropa ölkələrinin özündə də sosial medialara müəyyən nəzarət var. Bəziləri bunu azadlığın məhdudlaşdırılması hesab etsə də, bu, belə deyil. Bu nöqteyi-nəzərdən Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi maarifləndirici tədbirlərin cəmiyyətə çatdırılmasında medianın dəstəyindən istifadə edir. Bu kimi hallara görə bu məsələ Azərbaycanda da diqqət mərkəzindədir”.

Könül Cəfərli
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri