Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Dövlət Komitəsi uşaqlar arasında müsabiqə elan etdi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xalqımıza qarşı törədilmiş soyqırımı cinayətləri, erməni vəhşiliyi, işğal zamanı həlak olmuş, qətlə yetirilmiş insanlar barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir.
Bununla bağlı “Qarabağ həqiqətlərini dünyaya çatdıraq” mövzusunda uşaqlar arasında yazı müsabiqəsi elan edilir.
Komitədən Oxu.Az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən uşaqlar 2019-cu il fevralın 1-dək yazılarını, eləcə də özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, yaş, əlaqə telefonları, təhsil aldığı müəssisə, rayon/şəhər) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müsabiqəyə təqdim olunacaq yazının mətni 2 səhifədən çox olmamalıdır (Arial (14) şriftində, 1,5 intervalla çap edilməlidir). Məqalələr Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər. Müsabiqənin qalibləri mükafatlandırılacaqlar.
Əlaqə nömrəsi: 598-27-12, 493-78-16, 050 235-34-11
"Azərbaycan" teqi üzrə xəbərlər
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"
- Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib
- Bakıdan Suriya üçün göndərilən yardım TIR-ları Türkiyəyə daxil olub
- Anar İsgəndərli: "2025-ci ildə müxtəlif sahələrdə ciddi irəliləyişlərin şahidi olacağıq"
- 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında necə yadda qaldı?
Rəylər