28 
Dek
2018
09:33
144
21
6105
Virtual karabakh

Azərbaycanda beş günlük tətil başlayır

28 Dek, 2018
09:33
6105

Azərbaycanda beş günlük tətil başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabr ayının 29-dan, yəni sabahdan etibarən Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq beş gün qeyri-iş günü elan edilib.

Oxu.Az-ın məlumatına görə, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür.

Beləliklə, dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən ölkədə beş gün – dekabrın 29, 30 və 31-də, yanvarın 1 və 2-də iş olmayacaq.

Həftənin cümə axşamı, yanvar ayının 3-ü isə növbəti iş günüdür.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri