Zərgərlik mütəxəssisi Qriqori Bakatov kp.ru saytına müsahibəsində 2027-ci ili qarşılamaq üçün keçiriləcək Yeni il şənliyində hansı aksesuarlara üstünlük verilməli, hansılardan isə uzaq durulmalı olduğu barədə danışıb.
Oxu.Az kp.ru-ya istinadən xəbər verir ki, Bakatov 2027-ci ilin Qırmızı Odlu Keçi ili olacağını xüsusi vurğulayıb.
Onun sözlərinə görə, ilin simvolu sadəliyi və solğunluğu sevmir, parlaq və cəsarətli üslubu ilə seçilir.
"Məhz bu səbəbdən gümüş aktuallığını itirərək arxa plana keçir, onun yerini isə qızıl və qızılı effektli bijüteriyalar tutur. Məsələn, iri və diqqətçəkən daşlarla bəzədilmiş sırğalar, eləcə də ilin simvolu olan Keçi fiqurlu orijinal bəzək əşyaları əla seçimdir", - deyə zərgər bildirib.
Aksesuarlar üzrə ekspertin sözlərinə görə, bayram gecəsi üçün seçilən qolbaqlar da iri, ağır və parlaq olmalıdır. Boyunbağıların mütləq böyük olması tələb edilmir, lakin onların qeyri-adi dizayna malik olması arzuolunandır.
"Boynu sarıyan qızılı plastinlər" bu baxımdan ideal seçim hesab edilə bilər.
Bakatov qeyd edib ki, iri qiymətli daşlarla bəzədilmiş həcmli üzüklər və möhür formalı üzüklər də dəbdə olacaq.