Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçki fonunda təxminən 30 milyard dollar itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, itkilərin əsas hissəsi "SpaceX" şirkətinin səhmlərinin dəyərdən düşməsi ilə bağlıdır. Bu amil Maskın sərvətinin 20 milyard dollardan çox azalmasına səbəb olub.
Qalan itkilər isə "Tesla" səhmlərinin ucuzlaşması və sahibkarın Respublikaçılar Partiyasına dəstək məqsədilə çəkdiyi xərclərlə əlaqələndirilir.