19 
Yan
2019
13:58
22
120
2480
Virtual karabakh

Onkoloji xəstəliklərlə bağlı parlament dinləmələri keçiriləcək

19 Yan, 2019
13:58
2480

Onkoloji xəstəliklərlə bağlı parlament dinləmələri keçiriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri” mövzusunda dinləmə keçirilməsi nəzərdə tutulur.

Oxu.Az xəbər verir ki, bu haqda akademik, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

O, qeyd edib ki, son illər ölkədə onkoloji xəstələrin sayı artmaqdadır.

Onun sözlərinə görə, eyni zamanda, dövlət büdcəsində bununla bağlı ayrılan vəsaitin həcmi artıq bir neçə ildir ki, dəyişilməz qalır:

“Hesab edirəm ki, bu vəsait gələcəkdə artırılmalıdır.

Bu, ciddi məsələdir. Odur ki, yaz sessiyası dövründə bununla bağlı ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur”.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri