25 
Fev
2019
21:02
86
405
14511
Virtual karabakh

Yardımlıda it boğuşduranlar özləri kütləvi dava etdilər - Ölən var - VİDEO

25 Fev, 2019
21:02
14511

Yardımlıda it boğuşduranlar özləri kütləvi dava etdilər - Ölən var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

 Yardımlıda gənclərin it boğuşdurması kütləvi davaya çevrilib. Hadisədə 1 nəfər ölüb.

Xəzər TV-nin məlumatına görə, gənclər arasında düşən kütləvi dava Yardımlı rayonunun Lərzan kəndi ərazində baş verib. Bir qurup gənc itləri boğuşdurmaqdan ötrü kəndin ərazsində toplaşıblar. İt boğuşdurma yarışı sahiblərinin mübahisəsinə çevrilib və daha sonra kütləvi dava olub. Dava zamanı tərəflərdən biri bıçaqdan istifadə edib.

Dava zamanı xəsarət alan Pərviz İsgəndərovun sözlərinə görə, dünyasını dəyişən qardaşının güclü çoban iti olub. Digər kənddən gələn gənclərin iti ilə boğuşdurulub və qalib çıxıb. Buna əsəbləşən gənclər dava etməyə başlayıblar. Nəticədə Lərzan kənd sakini 34 yaşlı Bəhruz İsgəndərov ağır bədən xəsarəti aldığından Yardımlı Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, orada dünyasını dəyişib.

Xəsarət alanlardan Şovud kənd sakini 27 yaşlı Teymur Hüseynov Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına, 30 yaşlı Pərviz İsgəndərov və 23 yaşlı İbrahim Mirzəyev Masallı Rayon Xəstəxanasına aparılıblar.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri