İyunu 2-də Bakıda 35 yaşlı qadın 11 mərtəbəli binanın pəncərəsindən özünü atıb.
Bu barədə Oxu.Az-a Nizami rayon Prokurorluğundan məlumat veriblər.
Onun Rübabə Əbülqasım qızı Muradova olduğu bildirilir.
Hadisə saat 09:00 radələrində Özbəkistan küçəsində qeydə alınıb.
Faktla bağlı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb.
İlkin məlumata əsasən, intihar ailə-məişət problemi zəminində baş verib.