20 
Avq
2019
15:50
615
49
11458
Virtual karabakh

Atası mane olsa da, ali məktəbə qəbul olan Orxana universitet təqaüd verəcək

20 Avq, 2019
15:50
11458

Atası mane olsa da, ali məktəbə qəbul olan Orxana universitet təqaüd verəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Atası təhsil almasına mane olsa da, Azərbaycan Dillər Universitetinə (ADU) qəbul olan 18 yaşlı Orxan Bağırzadəyə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən yardım ediləcək.

Bu barədə Oxu.Az-a universitetdən məlumat verilib.

"THİK tərəfindən bir semestr boyunca hər ay 100 manat təqaüd, hər ay pulsuz yemək talonları, əlavə maddi yardım veriləcək. ADU-nun oğlanlar üçün yataqxanasında məcburi köçkünlər məskunlaşdığı üçün digər universitetlərin yataqxanasına müraciət ediləcək və yataqxana ödənişinə də THİK kömək edəcək", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, O.Bağırzadə ali məktəbə qəbul olsa da, atası attestatını götürərək onun qeydiyyata düşməsinə mane olmağa çalışıb. Təhsil Nazirliyinin məsələyə müdaxiləsindən sonra məsələ müsbət yöndə həllini tapıb. 

O.Bağırzadə Oxu.Az-a açıqlamasında atasının bu addımını ögey bacısının ali məktəbə daxil ola bilməməsi ilə əlaqələndirib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri