Göygöl rayonunun Toğanalı kəndi ərazisində baş vermiş qəzanın təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, qəzaya sürücünün sükan arxasında yatması səbəb olub.
Nəticədə sürücü Əhliman Qəfərov həyatını itirib.
Xatırladaq ki, bu gün sükan arxasında sürücünün yatması səbəbindən daha bir yol-nəqliyyat hadisəsi Kürdəmir rayonunda qeydə alınıb.

Göygöldə avtomobil qəzasında ölənin kimliyi məlum olub.
Oxu.az-ın məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən şəxs Göyçay rayon sakini, 1968-ci il təvəllüdlü Əhliman Qəfərovdur.
Xatırladaq ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun Toğanalı kənd ərazisindən keçən hissəsində "Hovo" markalı yük maşının divara çırpılması nəticəsində qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, qəza nəticəsində ölən və xəsarət alanın olduğu bildirilir.
Əraziyə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli