31 
Avq
2019
19:15
19
205
3412
Virtual karabakh

Tovuzda VAZ-lar toqquşdu, yaralılar var - FOTO

31 Avq, 2019
19:15
3412

Tovuzda VAZ-lar toqquşdu, yaralılar var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az saytının bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Böyük Qışlaq kəndində olub.

"VAZ-2106" markalı avtomobil yoldan çıxaraq "VAZ-21011" markalı avtomaşınla toqquşub.

Qəza nəticəsində sürücülər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimallara görə, hadisənin yağışlı hava ilə bağlı yolun sürüşkənliyi səbəbindən baş verdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri