Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı
İtaliyalı konseptual rəssam Maurisio Kattelanın əsəri - divara lentlə yapışdırılmış banan çərşənbə günü 6,2 milyon dollara satılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sotheby's" hərrac evinin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Əsər Çindən olan kolleksiyaçı, TRON blokçeyn platformasının yaradıcısı Castin San tərəfindən alınıb.
"Mən indicə banan aldığımı elan etməkdən həyəcanlıyam. Bu, adi sənət əsəri deyil. Bu, incəsənət, memlər və kriptovalyuta cəmiyyətini əhatə edən mədəni fenomendir. Mən yaxın günlərdə bananı yeyəcəyəm və bu, unikal bədii təcrübənin bir hissəsi olacaq", - Castin San "X" hesabında yazıb.
"İtaliya" teqi üzrə xəbərlər
- "Google" İtaliya ilə mübahisəni həll etmək üçün külli miqdarda pul ödəyəcək
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI
- İtaliyada təyyarədə gizlənən pişik uçuşu iki günlük iflic etdi
- İtaliyada fırıldaqçılar nazirin səsini təqlid edib, külli miqdarda pul ələ keçirdilər
- İtaliya sahillərində zəlzələ oldu