Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Britaniyalı jurnalistlər "Baku TV"də iş təəssüratlarını bölüşdülər
"Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) iştirakçılar və təşkilatçılar üçün ən böyük və həyəcanverici hadisələrdən biri olub".
Oxu.Az-ın verdiyi məlumata görə, bunu Böyük Britaniyanın tanınmış jurnalistləri Miranda Şunke və Mariam Zaidi keçirilən tədbir zamanı "Baku TV International" xəbər kanalında işləmək təəssüratlarını bölüşərkən bildiriblər.
Aparıcılar azərbaycanlı həmkarlarının peşəkarlığını və kanaldakı atmosferi yüksək qiymətləndiriblər.
"Səmərəli əməkdaşlığımız sayəsində biz peşəkarlığın yeni tərəflərini kəşf etdik ki, bu da şübhəsiz gələcək fəaliyyətimizdə öz əksini tapacaq", - deyə britaniyalı jurnalistlər qeyd ediblər.
Onlar, həmçinin, COP29 konfransının Bakı və bütün Azərbaycan üçün əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, Şunke və Zaidi COP29 zamanı "Bakı TV" komandasına qoşularaq iki xəbər proqramı aparıblar.
"COP29" teqi üzrə xəbərlər
- "Baku Steel Company" QSC "2024-cü ilin ən yaxşı tərəfdaşı" nominasiyasının qalibi olub
- AİŞ 2020-2024: İqtisadi irəliləyişlər və yaşıl üfüqlər
- "Yaşıl" təhsil Qarabağ Universitetində necə tətbiq edilir?
- Baş katib: "Azərbaycan sədrliyi AQEM-in səmərəliliyinin artırılmasını hədəfləyir""
- Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib
Rəylər