22 
Noy
2019
16:11
20
108
7780
Virtual karabakh

Baş həkim zəhərlənən tələbələrin vəziyyətindən danışdı

22 Noy, 2019
16:11
7780

Baş həkim zəhərlənən tələbələrin vəziyyətindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BDU-da zəhərlənən tələbələrin vəziyyəti yaxşılaşıb.

Bu barədə Oxu.Az-a 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov məlumat verib.

O bildirib ki, tələbələrin vəziyyəti səhər saatlarına nisbətən daha yaxşıdır:

“Onların vəziyyətində müsbət dinamika hiss olunur. Yavaş-yavaş həkimlərlə ünsiyyət qurmağa başlayıblar. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir. Daim həkim nəzarətində saxlanılırlar.

Ümid edirik ki, qısa zamanda onları bu vəziyyətdən tamamilə çıxaracağıq. Zəhərlənmənin dəqiq səbəbi ilə bağlı yekun məlumat isə aparılan araşdırmalar sonlandıqdan sonra məlum olacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri