"Formula-1" üzrə Azərbaycan Qran-prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı əmr imzalanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Nazirliyin müvafiq əmrinə əsasən, sentyabrın 23-25-də Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris prosesi distant (məsafədən) formada keçiriləcək.
Qərar "Formula-1" Azərbaycan Qran-prisinin keçirildiyi günlərdə tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə qəbul olunub.
Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb.
Sentyabrın 23-25-də Bakı Dövlət Universitetində (BDU) tədris prosesi onlayn formada təşkil olunacaq.
Oxu.Az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
Belə ki, qeyd olunan tarixlərdə "Formula-1" tədbiri ilə əlaqədar olaraq universitetdə dərslər məsafədən baş tutacaq.